Donald Tramp: “Rusiya ilə heç bir əlaqəm yoxdur!”

Donald Tramp: “Rusiya ilə heç bir əlaqəm yoxdur!”
# 11 yanvar 2017 15:32 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, D. Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün “Twitter” səhifəsində iri hərflərlə bunları yazıb: “Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!”

D. Tramp bundan əvvəlki “tvit”ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR