Xameneyinin nümayəndəsi: “Şərtlərimiz yerinə yetirilməyənədək Həcc mərasimində iştirak etməyəcəyik”

Xameneyinin nümayəndəsi: “Şərtlərimiz yerinə yetirilməyənədək Həcc mərasimində iştirak etməyəcəyik”
# 11 yanvar 2017 16:33 (UTC +04:00)

İran nümayəndə heyəti fevralın 23-də Səudiyyə Ərəbistana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İran ali dini rəhbəri Əli Xameneyinin Həcc Mərasimindəki nümayəndəsi Höccətül-islam Seyyid Qazi Əskər bildirib ki, məqsəd Həcc mərasimi ilə bağlı danışıqlar aparmaqdır.

“Ümid edirik ki, danışıqlarda onlarla müəyyən razılığa gələcəyik. Cari ildə Həcc mərasiminin keçirilməsi ilə bağlı hələlik heç bir məsələ müəyyənləşməyib. Şərtlərimiz yerinə yetirilməyənədək Həcc mərasimində iştirak etməyəcəyik. Çünki problemlər həllini tapmalıdır”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2015-ci ildə Minada baş verən faciədən sonra pisləşib. Həmin hadisədə 464 iranlı zəvvar ölüb. Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR