Tillerson: "ABŞ-Rusiya əməkdaşlığı qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır”

Tillerson: "ABŞ-Rusiya əməkdaşlığı qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır”
# 11 yanvar 2017 17:30 (UTC +04:00)

“ABŞ-Rusiya əməkdaşlığı qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır. Bununla belə rəsmi Moskva anlamalıdır ki, Vaşinqton öz tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirməkdə davam edəcək”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Rusiya ilə əməkdaşlıq qlobal terrorçuluğun azaldılması kimi mümkün qədər qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır. Bununla belə biz özümüzün və tərəfdaşlarımızın mənafelərini qorumağa davam edəcəyik. Rusiya bunu anlamalıdır”, deyə R.Tillerson bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR