Tillerson: “İranın mümkün təhdidlərinin qarşısı diplomatik üsullarla alınacaq”

Tillerson: “İranın mümkün təhdidlərinin qarşısı diplomatik üsullarla alınacaq”
# 11 yanvar 2017 20:38 (UTC +04:00)

“İran tərəfindən mümkün təhdidlərin qarşısını almaq üçün bütün diplomatik üsullardan istifadə ediləcək. Bu, həm nüvə, həm də terror təşkilatlarına dəstək məsələsinə aiddir”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Bizim nüvə təhdidlərinə dair dürüst anlayışımız olmalıdır. Biz əmin olmalıyıq ki, İran tərəfindən gələn təhdidlərin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyik. Söhbət yalnız İranın nüvə proqramından deyil, dünya üzrə terror təşkilatlarına dəstəkdən də gedir”, deyə R.Tillerson bildirib.

Onun sözlərinə görə, buna ilk növbədə, diplomatik üsullarla nail olunmalıdır: “Rejimlərin devrilməsinə yox, onların davranışının dəyişilməsinə çalışmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR