İmişlidə ev yanıb
APA Azeri Press Agency

İmişlidə ev yanıb

[ 12 Yanvar 2017 00:38 ] | APA

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 104 m2 birmərtəbəli 3 otaqlı evin tavanı 10 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.