Azərbaycandan ixrac edilən saflaşdırılmış mis və mis ərintiləri gömrük rüsumuna cəlb ediləcək
APA Azeri Press Agency

Azərbaycandan ixrac edilən saflaşdırılmış mis və mis ərintiləri gömrük rüsumuna cəlb ediləcək

[ 12 Yanvar 2017 01:24 ] | Ramiz Mikayıloğlu

Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı genişləndirilib.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklərdə əksini tapıb.

 

Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.

 

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir