ABŞ-da avtomobil zavodunda partlayış baş verib, yaralananlar var

ABŞ-da avtomobil zavodunda partlayış baş verib, yaralananlar var
# 11 yanvar 2017 22:52 (UTC +04:00)

ABŞ-da “McNeilus” şirkətinə məxsus avtomobil zavodunda partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, partlayış zavodun boya sexində qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR