Serbiyada iki qatar toqquşub, 22 nəfər xəsarət alıb

Serbiyada iki qatar toqquşub, 22 nəfər xəsarət alıb
# 11 yanvar 2017 23:02 (UTC +04:00)

Serbiyanın şimalında sərnişin və yük qatarları toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Belqrad-Novi Sad xəttində qeydə alınıb.

Qəza nəticəsində 18 nəfər yüngül, 4 nəfər ağır xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR