DGK sədri Lənkəranda vətəndaşları qəbul edəcək

DGK sədri Lənkəranda vətəndaşları qəbul edəcək
# 12 yanvar 2017 07:16 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yanvarın 17-də saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 16-si saat 10:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-31-90) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR