Bələdiyyə sədrini və ərini qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bələdiyyə sədrini və ərini qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 12 yanvar 2017 12:07 (UTC +04:00)

Sumqayıt Apellyasiya Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Mübariz Zeynalovun sədrlik etdiyi ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi yanvarın 16-da davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Hüseynov ömürlük olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan F. Hüseynov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

2015-ci ildə Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetiriliblər. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb.

Müəyyən edilib ki, F. Hüseynov ailəyə çox yaxın olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında Əbilhəsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V. Əbilhəsənovanı kəsici alətlə, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR