İntiqam Babayev: “Hər bir mötəbər idman yarışı Azərbaycanı dünyaya təbliğ edir”

İntiqam Babayev: “Hər bir mötəbər idman yarışı Azərbaycanı dünyaya təbliğ edir”
# 12 yanvar 2017 13:27 (UTC +04:00)

“Son illər Azərbaycana turist axını artmaqdadır. Beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi buna əlavə stimul verir”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.


“İdman yarışları zamanı Azərbaycanı görən əcnəbilər sonradan öz ölkələrində yaxınlarına Azərbaycan haqda məlumat verirlər. Bu da sonradan əcnəbilərin aktiv şəkildə turist kimi ölkəmizə səfər etməsinə səbəb olur. Ölkə olaraq biz dünyanın vacib tərkib hissəsiyik. Hər bir mötəbər idman yarışı Azərbaycanı dünyaya təbliğ edir. Azərbaycanın inkişafı dünyaya nümayiş olunur. Beynəlxalq idman yarışlar zamanı Azərbaycana azarkeşlər, turistlər gəlir”, – deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR