Molla Pənah Vaqifin 300 illiyi qeyd olunacaq

Molla Pənah Vaqifin 300 illiyi qeyd olunacaq
# 12 yanvar 2017 15:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR