Nigeriyada törədilən partlayış nəticəsində 15 nəfər ölüb

Nigeriyada törədilən partlayış nəticəsində 15 nəfər ölüb
# 13 yanvar 2017 17:20 (UTC +04:00)

Nigeriyanın şimali-şərqində partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Madaqali şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 15 nəfər ölüb.

Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR