Liviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi batıb

Liviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi batıb
# 15 yanvar 2017 02:54 (UTC +04:00)

Liviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi batıb, cəmi 4 nəfəri xilas etmək mümkün olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib.

Məlumata görə, insident Liviya sahilindən təxminən 50 km aralıda baş verib. İlkin məlumata görə, gəminin göyərtəsində 110 miqrant olub.

Dənizdə 8 miqrantın meyiti tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR