Rumın şair Mihai Emineskunun ad günü ilə bağlı tədbir keçirilib

Rumın şair Mihai Emineskunun ad günü ilə bağlı tədbir keçirilib
# 16 yanvar 2017 10:32 (UTC +04:00)

Rumıniyanın Mədəniyyət Günləri ilə əlaqədar bu ölkənin məşhur bəstəkar və musiqiçisi Corce Eneskunun Bakıdakı abidəsi önündə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, tədbir rumın şair Mihai Emineskunun anadan olduğu günlə bağlıdır: "Mədəniyyət sahəsi bütün dünyada müxtəlifliklər arasında körpü yaradan, insanları ümumi ideya və hisslər ətrafında toplayan ən güclü vasitələrdən biridir. Brançuşinin heykəlləri və ya Nizaminin epik romanları Bakıda və Buxarestdə eyni hiss və ideyaları yarada bilir. Bu kimi tədbirlərlə, ölkəmin mədəniyyətinin müxtəlifliyini, zənginliyini Azərbaycanda daha yaxşı işıqlandırmaqla ölkələrimiz arasında bağları gücləndirəcəyimə inanıram. Bu yolla biz dəyərlər, emosiyalar və istəklər baxımından nə qədər ortaq maraqlarımızın olduğunu aşkar edə bilərik".


Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevə Rumıniya ilə Azərbaycanın çox yaxın dost və strateji tərəfdaş ölkələr olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda Rumıniya mədəniyyəti yüksək qiymətləndirilir və bu sahədə də əməkdaşlıq inkişaf edir.


Sonda tədbirdə Mihai Emineskunun Azərbaycan, rumın və ingilis dillərində şeirləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR