Astanada 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirilib

Astanada 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirilib
# 16 yanvar 2017 12:36 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astanada “Qara yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi keçirilib. Azərbaycanın Qazaxıstandakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik tərəfindən təşkil edilən sərgi prezident Kitabxanasının Muzeyində baş tutub.

Sərgi Muzeyin “Mədəniyyət vasitəsilə dialoq” adlı beynəlxalq layihəsi çərçivəsində nümayiş olunub. Fotomateriallar “Azərtac” Azərbaycan dövlət informasiya agentliyi tərəfindən təqdim edilib. Fotosərgi yanvarın 20-dək fəaliyyət göstərəcək.

Tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatının nümayəndələri və diaspor fəalları iştirak edib. Muzeyin direktoru Beysinbay Jumabekov bildirib ki, bu tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını göstərir.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə çıxışında vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən biridir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR