Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək
# 16 yanvar 2017 13:48 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir yanvarın 17-də NATO-nun mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR