Misirdə nəzarət-keçid məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB

Misirdə nəzarət-keçid məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 16 yanvar 2017 23:21 (UTC +04:00)

Misirdə naməlum silahlıların nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 3 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 hərbçinin öldüyü bildirilirdi.

Məlumata görə, iki silahlı hərbçilər tərəfindən məhv edilib. İnsident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.

İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

***

00:51

Misirdə naməlum silahlılar nəzarət-keçid məntəqəsinə hücum edib.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, hücum nəticəsində 6 hərbçi ölüb. Hazırda məntəqə ətrafında silahlılarla hərbçilər arasında döyüş davam edir. Hadisə yerinə əlavə hərbi qüvvələr göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR