İslam Həmrəyliyi Oyunlarında 10 min könüllü iştirak edəcək

İslam Həmrəyliyi Oyunlarında 10 min könüllü iştirak edəcək
# 17 yanvar 2017 08:12 (UTC +04:00)

“Bu yay Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 10 min nəfərə yaxın könüllünün iştirakı gözlənilir”.

Bu barədə APA-ya Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib. Onun sözlərinə görə, artıq 16 min gənc bununla bağlı müraciət edib.

“Açılış və bağlanış mərasimlərində 4 minə yaxın könüllü iştirak edəcək. Fevral və mart aylarında müxtəlif istiqamətlərində könüllülərin təlimləri başlayacaq. Aprel ayında isə yarışların keçiriləcəyi idman obyektlərində təlimlər keçiriləcək" – deyə, icraçı direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR