Nigeriya ordusunun səhvən qaçqın düşərgəsinə endirdiyi aviazərbə nəticəsində azı 100 nəfər ölüb

Nigeriya ordusunun səhvən qaçqın düşərgəsinə endirdiyi aviazərbə nəticəsində azı 100 nəfər ölüb
# 17 yanvar 2017 18:58 (UTC +04:00)

Nigeriya Hərbi-Hava Qüvvələrinin səhvən qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, hökumət, “Boko Haram” terror qruplaşmasının mövqelərinə endirilməsi planlaşdırılan aviazərbənin səhvən qaçqın düşərgəsinə endirildiyini etiraf edib.

Ölənlər arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR