Özbəkistanla Azərbaycan arasında çarter reyslərinin açılması təklif olunur

Özbəkistanla Azərbaycan arasında çarter reyslərinin açılması təklif olunur
# 19 yanvar 2017 07:40 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Madriddə “Fitur-2017” turizm sərgisi çərçivəsində Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR