Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib

Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib
# 19 yanvar 2017 08:34 (UTC +04:00)

Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasim Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli” çərçivəsində reallaşan tədbirlərdən biridir.

Dünyanın 65 ölkəsindən nazir və digər yüksək səviyyəli rəsmilərin iştirak etdiyi mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı səfiri, Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.

Açılış mərasiminin rəsmi hissəsində çıxış edən Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai qeyd edib ki, bu il turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün unikal imkandır.

Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev “Fitur-2017” turizm sərgisinə baş çəkib, bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR