Qambiyada hərbi əməliyyat müvəqqəti dayandırılıb

Qambiyada hərbi əməliyyat müvəqqəti dayandırılıb
# 20 yanvar 2017 00:17 (UTC +04:00)

Qərbi Afrika ölkələrinin iqtisadi birliyinin Qambiyada keçirdiyi hərbi əməliyyat müvəqqəti dayandırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, seçkilərdə məğlub olmuş prezident Yəyya Cammeyə saat 12.00-dək hakimiyyətdən dinc şəkildə getməsinə şans verib.

Qeyd edək ki, bundan əvvəl Seneqal ordusunu Qambiyaya yeridib. Nigeriya da öz ordusunu Qambiyaya göndərdiyini bəyan edib. Seneqal ordusu Qambiyanın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.

Xatırladaq ki, yanvarın 18-də Qambiya Milli Assambleyası seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Yəyya Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR