Qvineya, Liberiya və Mavritaniya prezidentləri Qambiyada danışıqlar aparacaqlar

Qvineya, Liberiya və Mavritaniya prezidentləri Qambiyada danışıqlar aparacaqlar
# 20 yanvar 2017 01:58 (UTC +04:00)

Qvineya prezidenti Alfa Konde bu gün Qambiyada prezident seçkilərində məğlub olmuş Yəyya Cammeni hakimiyyətdən dinc yolla gedəcəyinə inandırmaq üçün danışıqlar aparacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qambiyaya yollanacaq Qərbi Afrika nümayəndə heyətinin tərkibinə həmçinin Liberiya və Mavritaniya liderləri də qatılacaq.

Qərbi Afrika ölkələrinin iqtisadi birliyi böhranın nizamlanması müqabilində Cammenin əfv edilməsini təklif edir. Plana əsasən, o, heç bir halda Qambiyada qala bilməz. Cammenin Qvineyaya və ya Qərbi Afrikanın hər-hansı ölkəsinə mühacirətə göndərilməsi təklif olunur.

Yeni seçilmiş prezident Barrou isə hərbi əməliyyat başa çatdırıldıqdan sonra Qambiyaya qayıtması nəzərdə tutulub.

Qambiyaya danışıqlara həmçinin Liberiya, Mavritaniya liderləri, habelə BMT nümayəndəsi də yollanacaq.

Qeyd edək ki, ötən gün Seneqal ordusu Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub. Nigeriya da öz ordusunu Qambiyaya göndərdiyini bəyan edib. Seneqal ordusu Qambiyanın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.

Hazırda əməliyyat dayandırılıb. Yəyya Cammeyə saat 12.00-dək hakimiyyətdən dinc şəkildə getməsinə vaxt verilib.

Xatırladaq ki, yanvarın 18-də Qambiya Milli Assambleyası ötən ilin dekabrında keçirilmiş seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Yəyya Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR