Misirdə silahlıların hücumu nəticəsində 5 polis əməkdaşı ölüb

Misirdə silahlıların hücumu nəticəsində 5 polis əməkdaşı ölüb
# 22 yanvar 2017 22:42 (UTC +04:00)

Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 5 polis əməkdaşı ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində asayiş keşikçilərinin olduğu avtomobil atəşə tutulub.

İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

Qeyd edək ki, yanvarın 9-da Əl-Əriş şəhərində nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 9 polis əməkdaşı ölüb, 10-u isə yaralanıb. Yanvarın 12-də isə Əl Əriş şəhər xəstəxanasının yaxınlığında baş verən partlayış nəticəsində 4 polis əməkdaşı ölüb.

Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR