"Huffington Post” nəşri Azərbaycanı turistlər üçün cəlbedici məkan kimi dəyərləndirib

"Huffington Post” nəşri Azərbaycanı turistlər üçün cəlbedici məkan kimi dəyərləndirib
# 23 yanvar 2017 09:12 (UTC +04:00)

ABŞ-ın “Huffington Post” nəşri Azərbaycanı 2017-ci ildə turistlər üçün cəlbedici məkanlardan biri kimi dəyərləndirib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı “əl dəyilməyən yer” adlandırıb.

“Huffington Post” Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi YUNESKO-nun Dünya İrsi siyahısına düşən İçərişəhərə getməklə başlamağı məsləhət görüb.

Nəşr Hökumət Evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğunu vurğulayıb, Bakının muzey, teatr, kitabxanalarından bəhs edib. “Huffington Post" məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.

Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı məkanlar Cənubi Koreya, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR