Azərbaycanın diaspor təşkilatı Maqdeburqda keçirilən aksiyada iştirak edib

Azərbaycanın diaspor təşkilatı Maqdeburqda keçirilən aksiyada iştirak edib
# 23 yanvar 2017 09:52 (UTC +04:00)

Almaniyanın Maqdeburq şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə “Demokratiya yolları” şüarı ilə ənənəvi aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya zamanı Maqdeburqda yaşayan müxtəlif xalqların cəmiyyətləri öz ölkələrinin mədəniyyətini, tarixini, coğrafiyasını nümayiş etdirən stendlər qurublar.

Hər il olduğu kimi bu dəfə də Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. 20 Yanvar hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edən aksiya zamanı qurumun sədri Yaşar Niftəliyev və təşkilatın üzvləri Nadya Paskova, Fuad Ağayev və Xocalı soyqırımı haqqında kitabın müəllifi Rolf Kuns yerli sakinlərə 20 Yanvar hadisələri, Xocalı faciəsi və Qarabağ müharibəsi barədə məlumat veriblər.

Aksiya iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, bukletlər paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR