Gəncə Dövlət Dram Teatrının aktyoru vəfat edib

Gəncə Dövlət Dram Teatrının aktyoru vəfat edib
# 23 yanvar 2017 10:44 (UTC +04:00)

Respublikanın əməkdar artisti Faqir Qasımov vəfat edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 69 yaşlı aktyor bu gün səhər yuxudan oyanmayıb. Yaxınları onun heç bir xəstəlikdən əziyyət çəkmədiyini, ölümünün qəfil olduğunu bildiriblər.

52 illi səhnə təcrübəsi olan F. Qasımov Teatr Xadimləri İttifaqının üzvü olub. O, ”Qızıl Dərviş” mükafatının laureatı olub. Əməkdar artist Gəncə Dövlət Dram Teatrında bir çox obraz canlandırıb, bir sıra pyeslərə də quruluş verib.

Əməkdar artist Gəncədə fəxri xiyabanda dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR