Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları açıqlanıb

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları açıqlanıb
# 24 yanvar 2017 07:28 (UTC +04:00)

Azərbaycanda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları aşağıdakılardır:

- dəniz limanının, dəmir və avtomobil yollarının tikintisi;

- dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə sərhədboyu zolağın yaradılması;

- sənaye obyektlərinin, zonalarının (məhəllələrinin və parklarının) yaradılması;

- ehtiyat fondu torpaqlarından istifadə zərurətinin yaranması;

- müasir texnologiyaların tətbiqi ilə aqroparkların, fermer və aqraryönlü digər təsərrüfatların yaradılması məqsədi ilə əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi;

- qoruyucu meşə zolaqlarının və yaşıllıq zonalarının salınması məqsədi ilə meşə fondunun tərkibinə əlavə torpaqların verilməsi;

- meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə meşə ilə örtülü olmayan sahələrin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq sahələrinin eyni ölçüdə kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahələri ilə əvəzləşdirilməsi;

- bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin (o cümlədən, milli parkların, dövlət təbiət qoruqlarının, yasaqlıqların və s.) tərkibinə əlavə torpaqların verilməsi;

- magistral mühəndis-kommunikasiya təminatı sistem-lərinin, meliorasiya və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğu-ların tikintisi;

- ekzogen geoloji proseslərə məruz qalmış yaşayış məntəqələrinin torpaqlarının əvəzləşdirilməsi;

- yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədi ilə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq əlavə torpaq sahələrinin ayrılması;

- tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi;

- xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin müraciətləri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR