Azərbaycanın məşhur komandası adını dəyişib

Azərbaycanın məşhur komandası adını dəyişib
# 26 yanvar 2017 12:07 (UTC +04:00)

Qadın həndbolçulardan ibarət ABU klubunun adı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, 2001-ci ildən fəaliyyət göstərən Bakı təmsilçisi bundan sonra “Azəryol” adı altında çıxış edəcək.

Buna səbəb Azərbaycan Həndbol Federasiyasında prezident postuna yeni rəhbərliyin gəlməsidi. Belə ki, bu vəzifədə Heydər Babayevi “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov əvəzlədiyindən ad dəyişikliyi də zəruri olub.

“Çelenc Cup”da da mübarizə aparan Azərbaycanın ən titullu komandası beynəlxalq arenaya yeni adla növbəti mövsümdən çıxacaq. Onları 1/8 finalda Polşa “Kram Start Elblaq”ı ilə oyuna isə Rəfiqə Şabanova hazırlayacaq. Avrokubokların daimi iştirakçısı olan komanda ABU adı altında son oyunlarını fevralda keçirəcək. Əgər onlar mərhələ adlayarsa, yenə də ad dəyişməz qalacaq.

Qeyd edək ki, qadın voleybolçulardan ibarət “Azəryol” klubu isə yeni mövsümdən yeni adla oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR