Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdıb

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdıb
# 27 yanvar 2017 18:45 (UTC +04:00)

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki,Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR