Misirdə İŞİD silahlıları məhv edilib

Misirdə İŞİD silahlıları məhv edilib
# 27 yanvar 2017 21:19 (UTC +04:00)

Misirin güc strukturları Sinay yarımadasında 6 İŞİD terror təşkilatının silahlısını məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat yarımadanın mərkəzi hissəsində baş tutub.

Hərbçilər arasında itkilər barədə məlumat verilmir. Bundan əvvəl Sinayda ekstremistlər 4 dinc sakini güllələyib.

Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR