Məşhur britaniyalı aktyor vəfat edib

Məşhur britaniyalı aktyor vəfat edib
# 28 yanvar 2017 04:27 (UTC +04:00)

Dünya şöhrətli britaniyalı aktyor Con Hört 77 yaşında vəfat edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə aktyora mədəaltı vəzin xərçəngi diaqnozu qoyulmuşdu.

Bir müddət sonra Con Hört xəstəliyə qalib gəldiyi açıqlaması ilə pərəstişkarlarını sevindirmişdi.

“Qızıl qlobus” və BAFTA mükafatlarının laureatı olan C.Hört iki dəfə “Oskar” mükafatının nominantı olub. “İndiana Cons”, “1984”, “Özgə”, “V” deməli Vendetta” kimi populyar filmlərdə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR