Madaqaskarda baş verən ağır yol qəzası nəticəsində 47 nəfər ölüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qonaqları toy mərasiminə daşıyan yük maşını çaya düşüb.
Ölənlərdən 10-nun uşaq olduğu bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.