Heydər Əsədov: "Ötən il ixrac olunan bütün kənd təsərrüfatı məhsullarının istehsalı artıb"

Heydər Əsədov: "Ötən il ixrac olunan bütün kənd təsərrüfatı məhsullarının istehsalı artıb"
# 30 yanvar 2017 07:22 (UTC +04:00)

"Keçən il kənd təsərrüfatı məhsulları istehsalında 2,6% artım olub". APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.

H. Əsədov deyib ki, keçən il barama istehsalı 300 dəfə, buğda istehsalı 9,8%, çay istehsalı 75% artıb: "Ötən il 70 min ton yaş barama, 1020 ton çay istehsal edilib. Fındıqçılığa diqqət artırılıb. Buğda və çəltik istehsalına görə 80 milyon manat subsidiya verilib. Keçən il kartof və soğan istisna olmaqla, ixrac olunan bütün kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Ümumilikdə ötən il 407 milyon dollarlıq kənd təsərrüfatı məhsulu istehsal edilib". 129 min örüş və otlaq torpağının kateqoriyası dəyişdirilib, yeni örüş və otlaq sahələrinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti bununla bağlı da bu günlərdə qərar verəcək. Ancaq bundan sonra örüş və otlaq deyil, tinglərin əkini üçün yamaclar, əkin üçün yolkənarı sahələr dövriyyəyə cəlb edilməlidir".

Nazir bildirib ki, heyvanlar arasında xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər ölkədə bu sahədə vəziyyəti tam stabil saxlamağa imkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR