Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
# 01 fevral 2017 09:30 (UTC +04:00)

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bəstəkarın əsərlərindən ibarət “Könül nəğmələri” adlı konsertdə xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Fuad Musayev, Emiliya Yaqubova və “Sevil” vokal qrupu iştirak ediblər.

Anşlaqla keçən konsertdə müğənniləri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR