Müşfiq Hətəmov: "Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir, son söz Milli Məclisindir"

Müşfiq Hətəmov: "Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir, son söz Milli Məclisindir"
# 01 fevral 2017 13:42 (UTC +04:00)

"Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir. Son söz Milli Məclisindir".

APA-nın məlumatına görə, bunu C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov "Bizim kino günləri" layihəsinin açılışına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyaya çıxarmaqdır: "Son illərdə Azərbaycan filmləri 50-dən çox ölkədə 160-dan çox festivalda çıxış edib. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkədə yaradıcı sistemi qurmaq üçün yeni qanun layihəsi lazımdır. Qanun layihəsini Milli Məclisə təqdim etmişik, müzakirələr gedir. Qanunun qəbulundan sonra yeni işlər görüləcək. Məsələn, film komissiya və müstəqil kino fondlarının yaradılması planlaşdırılır".

Kinostudiya direktoru qeyd edib ki, Azərbaycan kinosunda özəl film infrastrukturu meydana gəlib: "Rejissorlar müstəqil olaraq, filmlər çəkib Azərbaycan tamaşaçısının diqqətini çəkməyə başlayıblar. Ola bilər, filmələrin bədii keyfiyyəti zəifdir, amma bu qığılcımı məşələ çevirməliyik. "Azərbaycanfilm" kinostudiyası olaraq bizim əsas məqsədimiz iş görən, iş görməyi bacaran insanlarla əməkdaşlıq etmək və onları dəstəkləməkdir".

M. Hətəmov əlavə edib ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR