Azərbaycanlıların beynəlxalq Köln forumu keçirilib

Azərbaycanlıların beynəlxalq Köln forumu keçirilib
# 04 fevral 2017 13:34 (UTC +04:00)

Bu gün Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə "Azərbaycanlıların beynəlxalq Köln forumu" keçirilib.

Assambleyadan APA-ya verilən məlumata görə, forumda Avropa və postsovet olkələrində fəaliyyət göstərən 23 diaspor təşkilatının rəhbəri, ictimai-siyasi və elm xadimləri, xarici ölkə təmsilçiləri iştirak ediblər.

Tədbirə həmçinin Almaniyada hazırda iqtidarda olan Xristian Demokrat Partiyasının millət vəkili Serap Gülər və Koln şəhər bələdiyyəsinin rəhbərliyi qatılıb.

Forumda “Azərbaycanda alman diasporasının tarixi”, “Tarixdən günümüzə qədər soyqırım və terrorizm”, “Avropa siyasi həyatında Türk qadını”, “Beynəlxalq miqrasiya siyasəti və mühacirlərin yaşadıqları ölkələrdə qarşılaşdıqları problemlər” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Forum adından bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri xatırladılıb, AZərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsinə çağırış edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR