Lütfü Məmmədbəyovun 90 illik yubileyidir

Lütfü Məmmədbəyovun 90 illik yubileyidir
# 06 fevral 2017 06:47 (UTC +04:00)

Bu gün Azərbaycanın xalq artisti, görkəmli kino xadimi Lütfi Məmmədbəyovun 90 yaşı tamam olur.

APA-nın məlumatına görə, Azərbaycan kinosunun və teatrının inkişafında böyük xidmətləri olan Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlananda Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub O, Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" serialını çəkib.

1953-cü ildə öz təşəbbüsü ilə yaratdığı xalq teatrına qırx ildən artıq rəhbərlik edib. Bu gün tanınan aktyorların, rejissorların əksəriyyətinin ilk sənət yolu həmin xalq teatrından başlayıb. Bu xalq teatrı Azərbaycan milli teatr və kinosuna Həsən Turabov, Həsən Əbluc, Şahmar Ələkbərzadə, Rasim Balayev, Tariyel Qasımov kimi aktyor nəsli bəxş edib.

O, eyni zamanda, respublika teleradio yayımlarında kamera, mikrafon qarşısında mahir aparıcılardan biri olub. Dövrün məşhur televiziya verilişləri "Səhər" musiqili informasiya proqramı, "Teatr görüşləri", "Sənətkar və zaman", "Aktyorlar, rollar" verilişləri L.Məmmədbəyovun istedadı, aparıcılığı sayəsində illərlə ekran ömrü yaşamış, tamaşaçı sevgisi qazanmışdı.

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR