"Azərxalça"nın 4 əmlakı özəlləşdirilir

"Azərxalça"nın 4 əmlakı özəlləşdirilir
# 06 fevral 2017 07:25 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 7-də keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərraca çıxarılan əmlakların 17-si kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir. Hərraca həmçinin ləğv edilmiş "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da çıxarılıb. Həmin əmlaklara Hacıqabulda yerləşən “Hacıqabul sahəsinin əmlak kompleksi”, Lerikdə yerləşən “Lerik xalça sexinin əmlak kompleksi” və digərləri daxildir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına Salyan Kəndkimya, Sabirabad Mexanikləşdirmə, Xəzər Avtonəqliyyat kimi səhmdar cəmiyyətlər daxildir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR