Səfir: “Hərbi-texniki əməkdaşlığın müzakirəsi üçün Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək”

Səfir: “Hərbi-texniki əməkdaşlığın müzakirəsi üçün Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək”
# 06 fevral 2017 09:39 (UTC +04:00)

“Yaxın vaxtlarda Bakıda hərbi-texniki əməkdaşlığa dair Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. O bildirib ki, Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək: “Hərbi-texniki sahə bizim dərin əməkdaşlığımızın, münasibətlərimizin indikatorudur. Bütün zamanlarda hərbi-texniki əməkdaşlıq ölkələrimiz arasında münasibətlərdə vacib yer tutub. Bu, qarşılıqlı etimadın göstəricisidir. Artıq biz Azərbaycandan bəzi silah-sursat növlərinin ölkəmizə idxal olunması üçün müraciət edirik”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR