AFFA 3 klubu cəzalandırıb

AFFA 3 klubu cəzalandırıb
# 07 fevral 2017 09:25 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XVI turunun oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.

“Qəbələ” – “Neftçi” oyununu nəzərə almasaq, daha üç klub cəzalanıb. AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu üzdən malili 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Kəpəz” oyununda meydan sahibləri 5, qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.

Görüşün 28-ci dəqiqəsində “Zirə”nin üzvü Meza Kolli, 90+3-cü dəqiqəsində “Kəpəz”in oyumçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR