Əbülfəs Qarayev Kuba səfiri ilə görüşüb

Əbülfəs Qarayev Kuba səfiri ilə görüşüb
# 08 fevral 2017 07:24 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Kuba və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycanla Kuba arasında Hökumətlərarası Komissiyanın bərpasının və iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın həmin komissiya çərçivəsində əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Nazir səfirə Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və tədbirə Kuba rəsmilərinin də dəvət olunduğunu qeyd edərək, bu ölkənin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR