“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub
# 08 fevral 2017 08:18 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyini nəşr etdirib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitabın birinci cildi bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən seçilərək tərtib olunub. Toplu bədii materialların xronoloji ardıcıllığı gözlənilməklə hazırlanıb. Kitabın Azərbaycan klassik və müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki müasir günümüzdə az istifadə olunan və ya istifadə olunmayan söz və ifadələrin izahları verilib.

Yazıçı-şair Qəşəm İsabəylinin tərtibçisi və redaktoru olduğu antologiya “Renessans-A” Nəşriyyat Evində çap edilib.

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR