Azərbaycan taekvondoçuları Avropa çempionatının ilk 2 günündə 22 medal qazanıblar

Azərbaycan taekvondoçuları Avropa çempionatının ilk 2 günündə 22 medal qazanıblar
# 08 fevral 2017 09:49 (UTC +04:00)

Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk 2 günü Azərbaycan idmançıları uğurlu çıxışları ilə yadda qalıblar.

Ölkəmizi təmsil edən klubların üzvləri hələlik 22 medal qazanıblar. Belə ki, çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən Fərid Sultan (51 kq, Lənkəran TİM), Orxan Tağızadə (+78 kq, “Gilan” TK), Mehriban Məmmədova (46 kq, 2 saylı “Gömrükçü” İK), Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq, hamısı “Gilan” İK) rəqiblərinə şans vermyərək, qızıl medala sahib olublar.

Digər 7 idmançımız - Xanoğlan Kərimov (45 kq, 2 saylı “Gömrükçü” İK, Sumqayıt), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Həsən İbrahimov (73 kq), Mivari Qənbərli (42 kq, hamısı “Gilan” TK), Riyad Şirəliyev (37 kq, “Qafqaz” TK) və İlkin Fərzəlizadə (57 kq, “Gilan” İK) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Mübarizəyə qoşulan daha 9 təmsilçimiz, Məhəmməd Əlizadə (48 kq), Ayaz Qənbərli (48 kq), Nərgiz Mirzəyeva (46 kq), Nərmin Süleymanova (52 kq, hamısı “Gilan” TK), Sevda Pirseyidova (44 kq, “Savalan” TK), Elsevər İsmayılzadə (+65 kq), Nihad Əlizadə (33 kq), Ofeliya Allahverdiyeva (41 kq, hər üçü “Gilan” İK) və İlkin Dünyamalıyev (45 kq, 2 saylı “Gömrükçü” İK) yarışı bürünc medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR