Nazirlik: Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb

Nazirlik: Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb
# 08 fevral 2017 14:55 (UTC +04:00)

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilib və ulduz dərəcələri müəyyən olunub.

Bu ilin fevral ayı ərzində Bakı şəhərində və regionda yerləşən “Qalaaltı Hotel & Spa” (5 ulduz) və “Joyy Hotel & Spa” (4 ulduz) mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

Şöbədən bildiriblər ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR