Somalinin yeni prezidenti məlum olub

Somalinin yeni prezidenti məlum olub
# 08 fevral 2017 18:43 (UTC +04:00)

Somalidə keçirilən prezident seçkilərində 55 yaşlı keçmiş baş nazir Məhəmməd Abdullahi Məhəmməd qalib gəlib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl prezident vəzifəsini tutan Həsən Şeyx Mahmud məğlubiyyətini etiraf edib.

Somali qanunvericiliyinə əsasən, dövlət başçısını parlament seçir. Məhəmməd Abdullahi Məhəmməd deputatlar arasında keçirilən səsvermənin 3-cü turunda qalıb gəlib.

Qeyd edək ki, yeni prezident ABŞ-da təhsil alıb və ikili vətəndaşlığa malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR