Azərbaycan FİFA reytinqində 1 pillə irəliləyib

Azərbaycan FİFA reytinqində 1 pillə irəliləyib
# 09 fevral 2017 10:15 (UTC +04:00)

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya yığmalarının cədvəlində müəyyən dəyişikliklər baş verib.

Yanvar reytinqi ilə müqayisədə qeydə alınan bu fərqlər Afrika Millətlər Kuboku, həmçinin azsaylı yoldaşlıq oyunlarının nəticələri üzündən yaranıb. Hətta heç bir matça çıxmayan Azərbaycan millisinin də yeri və xal hesabı dəyişib.

Düzdü, yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Lakin aktivini 386-dan 388-ə yüksəldib. Bu da xorvatiyalı baş məşqçi Robert Prosineçkinin çalışdırdığı yığmamızın 1 pillə irəliləməsi üçün kifayət edib.

Komandamız Afrika Millətlər Kubokunun uğursuzları Toqo, Zambiya və Liviyanı arxada qoya bilib. İndiyədək eyni xala malik toqolular da, liviyalılar da xeyli xal itirib. Əvəzində Qabon millisini özündən önə buraxıb.

Millimiz və “qonşular”ı

85 (85). Qətər - 418

86 (81). Çin - 404

87 (108). Qabon – 392

87 (87). Keniya - 392

89 (90). Azərbaycan - 388

90 (92). Antiqua və Barbuda – 370

91 (88). Zambiya - 368

92 (89). Liviya – 366

93 (96). Suriya – 357

94 (96). Syerra-Leone - 355

95 (95). Boliviya - 354

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə cüzi dəyişiklik olub. Fransa 6-cı pilləni Kolumbiyadan alıb.

İlk “onluq”

1 (1). Argentina – 1635

2 (2). Braziliya – 1529

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1386

5 (5). Belçika – 1371

6 (7). Fransa – 1313

7 (6). Kolumbiya – 1304

8 (8). Portuqaliya – 1240

9 (9). Uruqvay – 1195

10 (10). İspaniya – 1168

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marino mövqeyini qoruyub. Şimali İrlandiya və Çexiya geriləməyə üzülüb. Norveç isə irəliləyişə sevinib. Növbəti yoxlama oyunundakı rəqibimiz Qətər 85-ci pillədə qalıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

35 (32). Şimali İrlandiya - 772

46 (43). Çexiya - 669

81 (84). Norveç - 426

202 (202). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 857 xal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR