Nigeriyada “Boko Haram” qruplaşmasının silahlılarının hücumu nəticəsində azı 7 hərbçi ölüb, 19-u yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Borno ştatında, Aciri və Dikva şəhərləri arasında baş verib.
Məlumata əsasən, terrorçular pusqudan əsgər konvoyuna hücum ediblər.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.