Anqolada stadionda izdiham zamanı 17 nəfər ölüb, 76-sı yaralanıb

Anqolada stadionda izdiham zamanı 17 nəfər ölüb, 76-sı yaralanıb
# 10 fevral 2017 22:52 (UTC +04:00)

Anqolanın şimalında yerli futbol komandalarının oyunu zamanı yaranmış izdihamda 17 nəfər ölüb, 76 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında, Uici şəhərində qeydə alınıb.

Məlumata görə, izdihamda bir-birilərini itələyən insanlar havasızlıqdan boğulub, digərləri isə bir-birilərinin üzərinə çıxaraq ərazini tərk etməyə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR